Çempion “Traktor” 2 oyundur, qalib gəlmir
Son çempion “Traktor” uğursuz start götürdü.
90plus.az xəbər verir ki, İran Pro Liqasında 2-ci turun oyunları çərçivəsində “Traktor” səfərdə “Mes Rafsanjan”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Beləliklə, ötən mövsümün çempionu olan Təbriz təmsilçisi yeni mövsümə uğursuz başlayıb. İki oyunda cəmi 1 xal toplayan “Traktor” hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Qeyd: “Traktor” ilk turda da qələbə qazana bilməmişdi.
© Copyright 2026, All Rights Reserved