MLS-in 17-ci həftəsində keçirilən qarşılaşmada "Çikaqo Fayr" səfərdə "DC Yunayted" komandasını 7:1 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazandı.
90plus.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində gözlənilməz hadisə yaşandı. Balaca bir azarkeş qaçaraq meydana daxil oldu və görüş qısa müddətlik dayandırıldı. Bu anlar stadionda maraqlı və əyləncəli görüntülərin yaranmasına səbəb oldu. Sosial mediada sürətlə yayılan görüntülər matçın nəticəsindən daha çox körpənin hərəkəti ilə yadda qaldı.
© Copyright 2026, All Rights Reserved