"Çətin oyun oldu" Yuri Qura
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"-"Şerif" arasında baş tutan cavab oyunundan sonra “Şerif”in baş məşqçisi Yuri Qura mətbuata açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi sözlərində belə qeyd edib:
“Çətin oyun oldu. Qələbə üçün çox güc sərf etdik. Penaltilər lotoreyadır. Bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm.
Amma bir neçə epizodumuz var idi ki, onları dəyərləndirə bilmədik. Təəssüf ki, yenə də standart vəziyyətdən qapımızda qol gördük. İstənilən halda önəmli olan odur ki, Bakıdan qələbə ilə qayıdırıq”.
© Copyright 2026, All Rights Reserved