PSJ-dən darmadağın
PSJ iddialı mövqe qonşusu "Nant”ı məğlub etdi, zirvədə fərqi artırdı.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-in 30-cu turunda Paris təmsilçisi oyuna sürətli başlayıb və 13-cü dəqiqədə Xviça Kvaratsxeliya penalti zərbəsindən hesabı açıb. 37-ci dəqiqədə Dezire Due fərqi artırıb. İkinci hissədə isə yenidən səhnəyə çıxan Kvaratsxeliya 50-ci dəqiqədə dublunu rəsmiləşdirərək matçın yekun nəticəsini müəyyənləşdirib:
PSJ 3 - 0 Nant
X. Kvaratsxeliya 13’ (p) 50’
D. Due 37’
Bu qələbə sayəsində PSJ turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib. Komanda xalını 66-ya yüksəldərək ən yaxın izləyicisi “Nant”la fərqi 4 xala çatdırıb.
Beləliklə, mövsümün sonuna yaxın PSJ çempionluq yolunda üstünlüyünü qorumağa davam edir.
© Copyright 2026, All Rights Reserved