De Xea "Mançester Yunayted"dən sonra "şirə dönüb"
David De Xea dünən "Cenoa" qarşısında yenə böyük oynadı.
90plus.az xəbər verir ki, İtaliya çempionatının 10-cu turunda "Fiorentina" "Cenoa"nı qəbul etdi. Oyuna ev sahiblərinin əlcək ustası David De Xea damğa vurdu. Bundan əvvəl "Milan"la oyunda 2 penalti qurtaran David bu dəfə kritik seyvlə yadda qalıb. İspan qapıçı komandasının 1-0 hesablı qələbəsində əsas pay sahibi olub.
Qeyd: De Xea keçən il Ten Haq tərəfindən komandadan göndərilmişdi. O, bir il ərzində klubsuz qalmışdı.
© Copyright 2026, All Rights Reserved