Dioqo Jota vəfat etdi
SON DƏQİQƏ: Dioqo Jota faciəvi şəkildə həyatını itirdi – Futbol dünyası yasa boğuldu!
90plus.az xəbər verir ki, bu gan futbol dünyası böyük itki ilə üzləşib. “Liverpul” klubunun və Portuqaliya millisinin hücumçusu Dioqi Jota faciəvi yol qəzasında həyatını itirib.
İspaniyanın Zamora əyalətində, A-52 magistral yolunun 65-ci kilometrliyində, Palacios de Sanabria yaxınlığında baş verən dəhşətli qəza nəticəsində 28 yaşlı futbolçu dünyasını dəyişib. Avtomobildə onun qardaşı André Jota da olub. Təəssüf ki, o da hadisə yerində həyatını itirib.
Qəza zamanı avtomobil idarəetməni itirərək yoldan çıxıb və alovlanıb. Hadisənin dəqiq təfərrüatları araşdırılır.
Diogo Jota təkcə “Liverpul” azarkeşlərinin deyil, bütün futbolsevərlərin sevimlisi idi. Onun qəfil itkisi futbol ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.
Qeyd: Jotanın qardaşı André də peşəkar futbolçu olub.
Futbol ailəsinə, Jotanın yaxınlarına və bütün azarkeşlərə dərin hüznlə başsağlığı veririk.
Əlavə: Yol qəzasında həyatını itirən Diogo Jota 22 iyun tarixində Rute Kardoso ilə ailə həyatı qurmuşdu.
3 uşaq atası idi…
© Copyright 2026, All Rights Reserved