Dünya Kuboku: “Borussiya Dortmund” şok mükafat vəd etdi!
Bu gün saat 20:00-da 2025-ci il Klublararası Dünya Çempionatında ilk oyununa çıxacaq "Borussiya Dortmund”un rəhbərliyi Fluminense ilə oyundan iki gün əvvəl turnirdəki bonuslar məsələsini müzakirə ediblər.
90plus.az xəbər verir ki, komandaya minimum hədəf kimi göstərilən 1/8 final mərhələsinə vəsiqə qazandıqları təqdirdə, futbolçulara ümumilikdə bir milyon avro bonus ödəniləcək (📰: Bild).
Dortmundun 1/4 finala yüksələcəyi təqdirdə isə bonus məbləği iki milyon avroya çatacaq.
Komandanın yarımfinala çıxması halında bonus şərtlərinə yenidən baxılacaq. Həmçinin bildirilir ki, mərhələlər keçildikcə bonus məbləğləri artırılacaq və finala yüksələcəkləri təqdirdə, bonuslar ikiqat ola bilər.
“Borussiya Dortmund”un hədəfi 13 iyulda keçiriləcək finalda iştirak etməkdir.
© Copyright 2026, All Rights Reserved