“Liverpul - PSJ”: Salah yenə ehtiyatda!
Salah yenə ehtiyatda qaldı – “Liverpul”un start heyəti açıqlandı.
90plus.az xəbər verir ki, “Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ ilə qarşılaşma öncəsi start heyətini açıqlayıb.
Komandanın əsas ulduzlarından Mohamed Salah bu dəfə də start “11-lik”də yer almayıb. 33 yaşlı hücumçu ilk oyunda olduğu kimi, bu qarşılaşmaya da ehtiyat oyunçular skamyasından başlayacaq.
Qeyd: “Liverpul” ilk görüşdə rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu və komandanın qollara ehtiyacı olduğu bir vaxtda Salahın yenə ehtiyatda qalması diqqət çəkir.
Baş məşqçi Arne Slot hücum xəttində Alekander İsak və Hüqo Ekitikeyə şans verib. İsveçli forvard üçün bu, dekabr ayından sonra ilk start olacaq. O, ayaq və topuq sınığı səbəbindən uzun müddət – təxminən 100 gün – meydanlardan kənarda qalmışdı.
Yarımmüdafiədə Florian Virts, Dominik Szoboszlay, Aleksis Mak Allister və Rayan Qravenberx yer alacaq.
Müdafiə xəttində Miloş Kerkez və Jeremi Frimponq cinahlarda çıxış edəcək, mərkəzdə isə İbrahima Konate ilə kapitan Vircil van Deyk oynayacaq.
Qapıda zədəli Alisson Bekerin yoxluğunda Giorgi Mamardaşvili çıxış edəcək.
“Fulhem”lə oyunda qol vuran gənc hücumçu Rio Ngumoha isə bu dəfə ehtiyatda qalacaq.
© Copyright 2026, All Rights Reserved