Simeonedən Yamala məsləhət: “Tennis oynasın”
Simeonedən Yamal açıqlamasına sərt cavab: “Tennis oynasın”.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Lamin Yamalın son açıqlamaları “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone tərəfindən kəskin şəkildə qarşılanıb.
Jurnalistin sualı: “Lamin Yamal, ona qarşı bir neçə oyunçunun müdafiə olunduğunu deyib. Bu barədə fikirləriniz nədir?” Simeone o zaman əsəbi reaksiya verib. Argentinalı mütəxəssis isə qısa və ironik cavabla diqqət çəkib:
“Əgər o, təkbətək oynanan idman növü istəyirsə, gedib tennis oynasın.”
Bu açıqlama Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu öncəsi verilib. Qarşılaşmada “Atletiko Madrid” öz meydanında “Barselona”nı qəbul edəcək.
İlk oyunda “Atletiko”nun 2:0 hesablı qələbə qazanması Madrid təmsilçisini üstün vəziyyətə gətirib. Buna baxmayaraq, cavab qarşılaşmasının gərgin və prinsipial keçəcəyi gözlənilir.
Qeyd: Matç bu gün saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved