Maskerano Messili Mayami klubundan getdi
“Liverpul” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavyer Maskerano MLS təmsilçisi “Inter Mayami”nin baş məşqçi postundan istefa verib.
90plus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 2024-cü ildə komandaya rəhbərlik etməyə başlamış və 2025-ci ildə klub tarixində ilk MLS Kubokunu qazanmağa nail olmuşdu.
Maskerano bildirib:
“Hamıya bildirmək istəyirəm ki, şəxsi səbəblərə görə ‘İnter Mayaminin baş məşqçisi vəzifəmdən ayrılmaq qərarı vermişəm.
İlk ulduzumuzu qazandığımız anların xatirəsini daim özümlə daşıyacağam və harada olsam da, kluba yalnız ən yaxşılarını arzulayacağam.”
Maskerano “Barselona”da çıxış etdiyi dövrdə hazırda Mayami klubunda oynayan Lionel Messi və Luis Suares ilə komanda yoldaşı olub. O, daha əvvəl Argentina U-23 millisində 2024 Olimpiadasında çalışdırmışdı.
“Barselona B”nin sabiq məşqçisi, klubda idman direktoru vəzifəsində olan Gilyermo Oyos dərhal komandanın yeni baş məşqçisi təyin olunub.
“Inter Mayami” hazırda MLS-in Şərq Konfransında 7 oyundan sonra 3-cü pillədə qərarlaşıb və ötən həftə “Nyu-York Red Bulls” ilə 2:2 hesablı heç-heçə edib.
© Copyright 2026, All Rights Reserved