Dünya Kuboku: Hər iki klub turnirlə vidalaşdı
Simvolik “Geordis Park” stadionunda “Boka Xuniors” 2025 Klublararası Dünya Çempionatında növbəti mərhələyə yüksəlmək üçün mümkünsüzü etməyə çalışdı.
90plus.az xəbər verir ki, 1:1 hesablı heç-heçə nə argentinalıların, nə də yeni zelandiyalıların işinə yaradı:
Oklend Siti 1-1 Boka Xuniors
Garrov 26' (ö.q.)
Gray 52'
Oyun güclü qasırğanın yaxınlaşması səbəbindən yarımçıq dayandırılıb.
Bu, çempionat ərzində baş verən beşinci belə haldır.
Qaydalara əsasən, əlverişsiz hava şəraiti normallaşdıqdan sonra oyun davam etdirilib, hesab dəyişməyib!
C qrupunun üçüncü turu çərçivəsində baş tutan bu nəticə ilə həm “Boka Xuniors”, həm də “Oklend Siti” turnirlə vidalaşıb!
Qeyd: Klublararası Dünya Çempionatında C və D qruplarında oyunlar başa çatdı!
Benfika, Bayern Münhen, Flamenqo və Çelsi 1/8 finala yüksəldi!
Boka Xuniors, Oklend Siti, Esperans, Los Anceles turnirlə vidalaşdı!
© Copyright 2026, All Rights Reserved