Dünya Kuboku: “İnter” Yaponiya klubunu uddu
”İnter” əlavə vaxtda vurduğu qolla geridönüş edərək 3 xalın sahibi oldu.
90plus.az xəbər verir ki, “İnter” Klubların Dünya Çempionatında ümidlərini qoruyub saxladı – “Urava”ya son dəqiqələrdə qalib gəldilər.
Beləcə, “Urava” yarışdan kənarlaşdı.
Statistika
“Urava” cəmi 18% topa sahib olub və 113 ötürmə ilə oynayıb. “İnter” isə 746 ötürmə ilə böyük üstünlük nümayiş etdirib. Qapıya zərbələrdə də fərq böyük idi – “İnter”in 26 zərbəsinin yalnız 4-ü çərçivəyə gedib, “Urava” isə 4 zərbədən 2-də dəqiq olub. Oyunun taleyini isə 26-cı zərbə – Karboninin qolu həll etdi:
İnter 2 - 1 Urava Red Daymonds
R. Watanabe 11'
L. Martínez 78'
V. Carboni 90+2'
Qollar:
https://t.me/doxsanplus/104374
https://t.me/doxsanplus/104376
Növbəti oyunlar:
Bu qələbə ilə “İnter” E qrupunda 2 oyundan sonra 4 xalla liderliyə yüksəldi. “Urava” isə xalsız qalıb və 1/8 final şansını itirib. İtaliya klubu növbəti oyunda Argentina təmsilçisi “River Pleyt”lə qarşılaşacaq. “Urava” isə Meksikanın “Monterrey” klubu ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved