Dünya Kuboku: Kənan Yıldız dubl etdi!
Kenan Yıldız səhnədə ulduz kimi parladı: "Yuve" Klub Dünya Çempionatında 1/8 finalda!
90plus.az xəbər verir ki, “Yuventus” Klubların Dünya Çempionatında Mərakeş təmsilçisi “Uidad” üzərində 4:1 hesablı qələbəsindən sonra bu uğura çatıb, Kənan Yıldız dubl edib:
Yuventus 4 - 1 Uidad Kasablanka
A. Boutouil 6' (ö.q)
K. Yildiz 16', 69'
T. Lorch 25'
D. Vlahović 90+4' (P)
Qollar:
https://t.me/doxsanplus/104403
https://t.me/doxsanplus/104404
https://t.me/doxsanplus/104405
https://t.me/doxsanplus/104410
Komandanın iki gənc ulduzu – Fransisko Konseysau və Kenan Yıldız DAZN-ə fikirlərini bölüşüblər.
Fransisko Konseysau: “İstini bəhanə eləmirik”.
TMW vasitəsilə yayımlanan açıqlamada portuqaliyalı futbolçu belə deyib:
“Bu, şübhəsiz ki, çətin oyun idi. Rəqib çox aqressiv oynayırdı, çoxlu qayda pozuntuları oldu. Amma biz oyunumuzu göstərməyi bacardıq. İndi bizi “Mançester Siti” ilə çox ağır qarşılaşma gözləyir.”
Ona iqlim şəraiti ilə bağlı sual verildikdə isə Konseysau belə cavab verib:
“Çox isti idi və bu şəraitdə oynamaq asan deyil. Amma biz çox çalışmalı və bəhanələr axtarmamalıyıq. İsti sadəcə bəhanədir. Biz hər oyunu qazanmaq istəyirik.”
Kenan Yıldız: “Turnirdən zövq alıram”
Gecənin ulduzlarından biri olan Kenan Yıldız isə öz performansından razı qaldığını bildirib:
“Özümü çox yaxşı hiss edirəm və etdiklərimdən məmnunam. Turnirdə yaxşı çıxış edirəm və bu vəziyyətdən zövq alıram. Ümid edirəm belə davam edər.”
Gənc türkiyəli hücumçu son qrup oyunu olan “Mançester Siti” qarşılaşması barədə də danışıb:
“Bilirik ki, bizi çox çətin bir oyun gözləyir. Bu görüşə ciddi yanaşmalıyıq.”
Yıldızın möhtəşəm oyunu
Kenan Yıldız “Uidad” qarşısında iki qol vuraraq fərqlənib. O, ilk qol epizodunda zərbəni endirsə də, top rəqibə dəyərək qapıdan keçdiyi üçün qolu rəqibin avtoqolu kimi qeydə alınıb və Yıldız “het-trik”dən məhrum qalıb.
Bununla belə, o, bir uzaq məsafədən vurduğu gözəl zərbə və bir aşağıdan dəqiq tamamlamayla matçda parlaq çıxış edib. Bundan əvvəl də “Al Ain” ilə oyunda qol vurmuşdu.
Növbəti oyun: Yuventus – Mançester Siti
Turnir: Klubların Dünya Çempionatı (2025)
Tarix: Qrup mərhələsinin 3-cü turu