Dünya Kuboku: Qalib gələn ABŞ klubu 30 milyondan çox vergi ödəyəcək
FIFA Klubların Dünya Çempionatının qalibi ABŞ hökumətinə 30,4 milyon avroya qədər vergi ödəyəcək.
90plus.az xəbər verir ki, FIFA Klubların Dünya Çempionatının qalibi ABŞ hökumətinə 30 milyon avrodan çox vergi ödəməli olacaq. Yeni hesabatda qeyd olunur ki, ABŞ-da əldə olunan qazanca 30%-lik vergi tətbiq olunur və bu, qalib komandanın mükafat məbləğindən 30 milyon 473 min 625 avronun çıxılması deməkdir.
Finala yüksələn komanda 19,5 milyon avro, yarımfinalçılar isə hər biri 11,3 milyon avro vergi ödəyəcək. 1/4 final mərhələsində dayanan komanda üçün bu məbləğ 5,63 milyon avroya çata bilər.
Qrup mərhələsində qazanılan gəlirlərə görə də vergi tutulacaq. Belə ki, bir oyunda qalib gələn komanda 546 min avro, heç-heçə edənlər isə 273 min avro vergi ödəyəcək.
Ümumilikdə, ABŞ hökumətinin bu bir aylıq turnirdən 259,35 milyon dollar vergi gəliri əldə edəcəyi gözlənilir.
Turnirdə Avropanı “Çelsi”, “Real Madrid”, “Mançester Siti”, PSJ, “Atletiko” və “Bayern Münhen” təmsil edir.
© Copyright 2026, All Rights Reserved