Edin Dzeko "Fiorentina"ya keçdi barədə: “Mən kənara atılacaq bir futbolçu deyiləm”
"Fənərbağça"dan ayrılan 39 yaşlı bosniyalı hücumçu Edin Dzeko karyerasını "Fiorentina" klubunda davam etdirəcək. İtaliya A Seriyası təmsilçisinə transfer olan təcrübəli forvard imza mərasimində verdiyi açıqlamalarla diqqət çəkib.
90plus.az xəbər verir ki, Dzeko yaşı ilə bağlı deyilən sözlərə belə cavab verib: “Yaşın önəmi yoxdur. Mən kənara atılacaq bir futbolçu deyiləm”.
Yeni komandası ilə ilk təəssüratlarını bölüşən Dzeko bildirib: “Özümü yaxşı hiss edirəm, çox sərt məşq edirik və bunun bəhrəsini yaxın zamanda görəcəyik. Klub, komanda yoldaşlarım və mənimlə birgə gələn baş məşqçi ilə ilk təmaslarım çox müsbət keçdi. Futbolçular motivasiyalıdır və çalışmağa hazırdırlar. Baş məşqçimiz bizə meydanda nə görmək istədiyini tədricən çatdırır”.
Təcrübəli hücumçu açıqlamasını bu sözlərlə tamamlayıb: “39 yaşım olsa da, təvazökarlıqla işləmək istəyirəm. Gənc futbolçulara kömək etmək niyyətindəyəm. Təcrübəmlə bu kluba əlavə dəyər qatmalıyam”.
© Copyright 2026, All Rights Reserved