Erik Ten Haq: "Klub daxilində sakitçilikdir"
"Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq dünənki qələbədən sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, hollandiyalı çalışdırıcı hər şeyin qaydasında getdiyini bildirib:
"Klub daxilində sakitçilikdir. Səs-küy ancaq mediadan gəlir, hekayələr və nağıllar ilə yalan yaradırlar.
Plana sadiqik və bu mövsümün uğurlu olacağına çox əminik. Tutduğumuz mövqedən razı deyilik. Daha çox qol vurmağın vaxtıdır.
Dağa çıxmalıyıq. Bu yolda bəzən çətinliklərlə üzləşməli olursan, amma əminəm ki, son iki mövsümdə olduğu kimi uğur qazanacağıq".
Qeyd: "Mançester Yunayted" qazandığı 11 xalla 11-ci yerdədir.
© Copyright 2026, All Rights Reserved