Estoniyanın baş məşqçisi: "Mühüm olan nəticədir"
“Nəticə baxımından biz güclü olduq. Oyuna və epizodlara baxsaq bərabər oyun idi. Amma bugünkü ikinci hissə bizim üçün çox çətin oldu”.
90plus.az xəbər verir ki, bunu Millətlər Liqasında Azərbaycanın rəqibi olan Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.
Gənc mütəxəssis Qəbələdə Azərbaycan millisi ilə qolsuz heç-heçə bitən oyunu şərh edib. O bildirib ki, bugünkü qazandığı 1 xal onlar üçün çox önəmlidir: “Turnir cədvəlinə baxsaq 3 xala bərabər nəticə qazandığımızı deyə bilərik. Futbolda ən önəmli olan nəticədir. Oyundan əvvəl daha əlverişli vəziyyətdə idik”.
Məşqçi Qəbələ haqqında fikirlərini də bölüşüb:
“Çox xoşbəxtsiz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komanda azdır. Bizi çox yaxşı qarşıladılar. İnsanlar dostcanlıdırlar. Buna görə minnətdarıq”.
Qeyd: Millimiz son oyunu noyabrın 19-da səfərdə İsveçə qarşı oynayacaq.
© Copyright 2026, All Rights Reserved