Ronaldo mədə ağrıları ilə savaşdı
Ronaldo mədə ağrıları ilə oynadı – məşqçi açıqladı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Al Nassr” klubunun lideri Kriştiano Ronaldo son oyunda sağlamlıq problemi ilə üzləşib.
Komanda “Al Ettifaq” üzərində 1:0 hesablı qələbə qazansa da, portuqaliyalı ulduz matça tam hazır vəziyyətdə çıxmayıb.
Baş məşqçi Jorje Jezuş oyundan sonra Ronaldonun durumuna aydınlıq gətirib:
“Onu heyətə daxil etməməyi düşünürdüm, çünki yaxşı vəziyyətdə deyildi. Mədə ağrılarından və ümumi halsızlıqdan əziyyət çəkirdi. Onu əvəz edəndə isə birbaşa paltardəyişmə otağına getdi və qusdu.”
Buna baxmayaraq, Ronaldo komandasına kömək etmək üçün meydanda olub və “Al Nassr” vacib qələbə qazanıb.
Qeyd: Ulduz futbolçunun vəziyyətinin ciddi olmadığı və yaxın oyunlarda iştirak edə biləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved