Rafinya: “Barselona”nın qələbəsindən niyə qorxurlar?”
Rafinya “Barselona”nın "Atletiko Madrid"ə məğlubiyyətindən sonra hakimləri tənqid edib.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasındakı oyundan sonra sərt açıqlama verib
“Barselona”nın Çempionlar Liqasından kənarlaşmasından sonra komandanın braziliyalı futbolçusu Rafinya hakim idarəçiliyini kəskin tənqid edib.
Futbolçu bildirib ki, iki oyunda ardıcıl səhvlər nəticəyə təsir göstərib və bu vəziyyət ədalətsizlik yaradıb:
“Qazanmaq üçün üç dəfə daha çox etməli olduğunuzu başa düşmək çətindir. “Barselona”nın qələbə qazanmasından niyə bu qədər qorxu olduğunu anlamaq istəyirəm. Bir oyunda səhv ola bilər, bunu başa düşürəm. Amma iki oyunda ardıcıl səhvlər… bu duel ədalətsiz idi. Mənim üçün bu, oğurlanmış oyundur.
Təkcə bu yox, digəri də. Hakimlik çox zəif idi. Verdikləri qərarlar inanılmazdır.
“Atletiko Madrid” neçə dəfə qayda pozduğunu saymaq olmur, amma hakim onlara bir dənə də sarı vərəqə göstərmədi.
Mənim anlamaq istədiyim odur ki, “Barselona”nın qələbə qazanmasından niyə qorxurlar.”
Hazırda bu açıqlamaya UEFA və ya “Barselona” tərəfindən rəsmi reaksiya verilməyib. Məsələ geniş müzakirə olunur.
© Copyright 2026, All Rights Reserved