FIFA-dan başsağlığı gəldi!
FIFA prezidenti Canni İnfantino avtomobil qəzasında həyatını itirən “Liverpul”un hücumçusu Dioqo Jota və onun qardaşının ölümündən sonra ailəsinə, dostlarına və futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
90plus.az xəbər verir ki, qurum rəhbəri başsağlığını bu sözlərlə ifadə edib:
“Dioqo Jota və onun qardaşı Andre Silvanın faciəli şəkildə vəfat etməsi xəbəri məni dərindən kədərləndirdi. Cəmi 28 yaşında olan Dioqo bu günə qədər parlaq karyera qurmuşdu və qarşıda onu gözəl illər gözləyirdi. Qardaşı Andre isə “Penafiel”də inkişaf edirdi – onları tanıyan hər kəs və bütün dünya futbol ictimaiyyəti tərəfindən böyük itki kimi xatırlanacaqlar.
FIFA və geniş futbol ailəsi adından fikirlərim onların ailəsi və dostları, eləcə də “Liverpul”, “Penafiel” klubları və Portuqaliya Futbol Federasiyası ilədir. Ruhları şad olsun,” – deyə İnfantino bildirib.
© Copyright 2026, All Rights Reserved