FIFA-dan transferlə bağlı yeni qərar
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ildə keçiriləcək Klub Dünya Kubokuna qatılacaq 32 klub üçün əlavə transfer pəncərəsinin açıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, FIFA-nın yaydığı rəsmi məlumata görə, turnirdə iştirak edəcək klublar 1-10 iyun tarixləri arasında yeni futbolçularla müqavilə imzalamaq hüququna malik olacaqlar. Bu qərar xüsusi istisna olaraq yalnız bu komandalar üçün qüvvədə olacaq.
Əvvəllər hər il 7 komandanın iştirak etdiyi FIFA Klub Dünya Kuboku format dəyişikliyindən sonra 4 ildən bir və 32 komandanın iştirakı ilə keçiriləcək.
Turnirə ABŞ ev sahibliyi edəcək və oyunlar 15 iyun - 13 iyul 2025-ci il tarixlərində baş tutacaq. Yeni formatda keçiriləcək bu turnir futbolsevərlərə unikal təcrübə vəd edir.
© Copyright 2026, All Rights Reserved