“Liverpul” azarkeşlərindən bilet qiymətlərinə etiraz
“Liverpul” azarkeşlərindən bilet qiymətlərinə sərt etiraz: “Enfild milyarderlərin əyləncə parkı deyil”.
90plus.az xəbər verir ki, “Liverpul” azarkeşləri UEFA Çempionlar Liqasının 1/4 final cavab oyunu ərəfəsində bilet qiymətlərindəki artıma ciddi etiraz ediblər. Foot Mercato nəşrinə danışan fanatlar klubun son siyasətini sərt tənqid ediblər.
Bir azarkeş bildirib:
“Enfild milyarderlərin əyləncə parkı deyil. Atam məni uşaqkən ora aparırdı, onun atası da onu aparmışdı. İndi isə deyirlər ki, ‘müasir futbol’a görə hər şey daha baha olmalıdır. Amma ‘Liverpul’ heç vaxt digər klublar kimi olmayıb.”
O, daha sonra əlavə edib:
“Azarkeşlərə müştəri kimi yanaşmağa başlayanda, klubun və şəhərin tarixinə xəyanət edirsən. Amerikalı sahiblər rəqəmlərdən və inkişafdan danışır. Biz isə xatirələrdən, ailələrdən və nəsillərdən danışırıq.”
Bu gün, UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Liverpul” saat 23:00-da “PSJ”ni qəbul edəcək. İlk oyunda isə Paris təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved