Florentino Perezdən Modriçə iş təklifi
"Real" klubunun prezidenti Florentino Peres, komandanın keçmiş futbolçusu Luka Modriçlə görüşərək ona gələcəkdə məşqçi kimi fəaliyyət göstərməyi təklif edib.
90plus.az xəbər verir ki, Peres bildirib ki, əgər xorvatiyalı mütəxəssis karyerasına klubun gənclər akademiyasında başlasa, bu, "Real" üçün böyük fəxr olar.
Qeyd: Klubun keçmiş oyunçularından Raul Qonsales, Quti, Zinəddin Zidan, Alvaro Arbeloa və hazırkı baş məşqçi Xabi Alonso da vaxtilə burada çalışıblar.
Xatırlatma: 39 yaşlı Modriç mövsümlərarası fasilədə "Milan"la müqavilə imzalayıb. O, 2024/25 mövsümündə bütün turnirlər üzrə 62 oyunda iştirak edərək 4 qol vurub və 9 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved