"Fənərbağça"da 7 illik Ali Koç dövrü bitdi - Yeni prezident seçildi
“Fənərbağça”da yeni prezident seçildi.
90plus.az xəbər verir ki, “Fənərbağça” klubunda keçirilən seçkilərdə prezidentlik uğrunda mübarizə başa çatdı. Yeddi illik Ali Koç dövrü sona çatdı və klubun yeni rəhbəri Saadettin Saran oldu.
Seçkilərdə ümumilikdə 24 min 800 nəfər səs verdi. Gərgin yarışda Saadettin Saran rəqibi Ali Koçu cəmi 257 səs fərqi ilə qabaqlayaraq prezident kürsüsünə əyləşdi.
Səsvermə prosesi zamanı 50 sandıq quraşdırılmışdı və nəticələr açıqlanarkən artıq Saranın üstünlüyü nəzərə çarpırdı.
Ali Koç məğlubiyyətdən sonra nəticələrə etiraz edə biləcəyini bildirdi. Saadettin Saran isə çıxışında klubda dəyişimin başladığını və “Fənərbağça”da sevgi mühitinin yenidən yaradılacağını vurğuladı.
© Copyright 2026, All Rights Reserved