"Fənər"lə oyunda "Benfika"nın futbolçusu mövsümü bitirdi
90plus.az xəbər verir ki, yeni mövsüm öncəsi “Fənərbağça” hazırlıq oyununda “Benfika”nın qonağı oldu. Qarşılaşma 5 qolun vurulduğu maraqlı mübarizə ilə yadda qaldı və “Benfika” 3-2 hesabı ilə qalib gəldi.
“Benfika”nın qollarını Kerem Aktürkoğlu, Arçi Broun (öz qapısına) və Henrike Arauxo vurdu. “Fənərbağça”nın qolları isə İrfan Can Kahveci və Youssef En-Nesyri tərəfindən qeydə alındı.
“Benfika”da oyuna ehtiyatlardan başlayan Bruma ikinci hissədə Joao Veloso əvəzinə meydana çıxdı. Bir vaxtlar “Fənərbağça” formasını da geyinmiş portuqaliyalı futbolçu 79-cu dəqiqədə zədə səbəbindən oyundan çıxdı.
Klubun rəsmi saytında verilən açıqlamaya görə, Brumanın sol aşil tendonu qopub və o, əməliyyat olunacaq. Portuqaliya mətbuatının xəbərinə görə Bruma mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved