Fransada azarkeşlər meydana girmək istədi
Fransa Liqasının 33-cü turu çərçivəsində keçirilən "Le Havr" – "Marsel" oyunu insidentlə yadda qaldı. Görüşdə səfərdə çıxış edən "Marsel" komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Oceane" stadionunda baş tutan qarşılaşmada qonaqların qollarını Amine Qouiri (56 və 90+9-cu dəqiqələr) və Mason Qrinvud (85-ci dəqiqə) vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Soumare 66-cı dəqiqədə imza atıb.
Bu nəticə ilə "Marsel" xallarını 62-yə çatdıraraq Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. "Le Havr" isə 31 xalda qalıb və turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilməyib.
Oyunun 64-cü dəqiqəsində xoşagəlməz anlar yaşanıb. "Le Havr" azarkeşləri "Marsel" futbolçularına müxtəlif əşyalar atıblar və bir neçə azarkeş meydana daxil olaraq oyunçulara hücum etməyə cəhd edib. Təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi ilə hadisələrin böyüməsinin qarşısı alınıb. Qısa fasilədən sonra matç davam etdirilib.
© Copyright 2026, All Rights Reserved