Gözlənilən Messi və Navas dueli alınmadı
Messi və Navas “Inter Mayami” – “Pumas” qarşılaşmasını buraxacaq.
90plus.az xəbər verir ki, "Leagues Cup" çərçivəsində bu gecə keçiriləcək “Inter Mayami” – “Pumas” qarşılaşmasında futbolsevərlərin səbirsizliklə gözlədiyi iki ulduz meydana çıxmayacaq.
Lionel Messi və Keylor Navas matçı buraxacaq. “Inter Mayami”nin kapitanı Messi zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Onun nə vaxt qayıdacağı hələlik dəqiq bilinmir.
Digər tərəfdən, “Pumas”ın qapıçısı Keylor Navas cəza səbəbindən oyun keçirmək imkanından məhrum olub. Kosta Rikalı qolkiper "Leagues Cup"-ın əvvəlki mərhələsində aldığı qırmızı vərəqə səbəbilə bu görüşdə forma geyinə bilməyəcək.
Qeyd: Messi və Navas əvvəllər PSJ-də komanda yoldaşı olublar. Bu dəfə onların dueli baş tutmayacaq.
© Copyright 2026, All Rights Reserved