Günün oyunları: Samir Abbasov Vaqif Cavadova qarşı
Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq.
90plus.az xəbər verir ki, bu gün Misli Premyer Liqasında "Sumqayıt" - "Neftçi" qarşılaşması ilə birlikdə 32-ci tura yekun vurulacaq. Matç Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.
Oyundan əvvəl statistikalara fikir versək, "Sumqayıt" 5, "Neftçi" isə 3 oyundur qələbəyə həsrətdir. Hər iki komanda arasında keçən son 5 oyunda da tarazlıq var. Hərəyə 1 dəfə qələbə qazanan komandalar 3 oyunda da 1-1 hesablı nəticəyə razılaşıblar.
© Copyright 2026, All Rights Reserved