Günün oyunu: İspaniya - Fransa
Bu axşam UEFA Millətlər Liqasında həlledici yarımfinal olacaq, İspaniya ilə Fransa üz-üzə gələcək.
90plus.az xəbər verir ki, UEFA Millətlər Liqasının yarımfinal mərhələsində ikinci qarşılaşmada İspaniya və Fransa milliləri finala vəsiqə uğrunda döyüşəcək.
Hər iki komanda bu turniri iki dəfə qazanan ilk komanda olmaq şansını əldə etməyə çalışacaq:
Tarix: 5 iyun, çərşənbə
Saat: 23:00 (Bakı vaxtı ilə)
Stadion: MHPArena, Almaniya
Canlı yayımlar: CBC Sport, TV 8, Okko Sport, Exxen Turkey
Didye Deşamın rəhbərlik etdiyi Fransa millisi qrup mərhələsini İtaliya üzərində top fərqi ilə lider tamamlayıb. Onlar Belçika və İsraili də geridə qoyub, 1/4 finalda isə Xorvatiyanı penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.
Digər tərəfdən, İvan De La Fuentenin çalışdırdığı İspaniya millisi Danimarka, Serbiya və İsveçrə ilə eyni qrupda birinci yeri tutub və 1/4 finalda penaltilərlə Niderlandı mübarizədən kənarlaşdırıb.
Qeyd: Oyunun qalibi finalda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya dünən keçirilən ilk yarımfinal oyununda Almaniyanı 2-1 məğlub edərək finala yüksəlib.
© Copyright 2026, All Rights Reserved