Günün oyunu: Milli matç var
Bu gün qadınlar arasında Avro-2025-in seçmə mərhələsində Azərbaycan-Macarıstan komandaları qarşı-qarşıya gələcək.
90plus.az xəbər verir ki, B Liqasının 1-ci qrupunun 5-ci turunda Macarıstan ilə qarşılaşacaq Azərbaycan 4 oyundan sonra 4 xalla qrupda 4-cüdür. Eyni xalı olan Macarıstan 3-cü pillədə qərarlaşıb.
Oyunun afişasını təqdim edirik:
Avro-2025, Seçmə mərhələ. Qadınlar
Saat 20:00 Azərbaycan - Macarıstan
CBC Sport
Qeyd: Yığmamızın növbəti oyunu iyulun 16-da səfərdə İsveçrəyə qarşı olacaq.
© Copyright 2026, All Rights Reserved