Gyökereş: “Keyn, Levandovski, Haaland və mən eyni səviyyədəyik”
Gyökereş: “Keyn, Levandovski və Haaland səviyyəsindəyəm”.
90plus.az xəbər verir ki, “Sportinq”in isveçli hücumçusu Viktor Gyökereş iddialı açıqlamaları ilə gündəmə gəlib. Fransanın nüfuzlu L’Équipe nəşrinə danışan futbolçu özünü dünyanın ən yaxşı mərkəz hücumçuları ilə eyni səviyyədə gördüyünü bildirib.
Gyökereş fikirlərində açıq olub:
“Şübhəsiz ki, Harri Keyn, Robert Levandovski və Erling Haaland ilə eyni sırada olan mərkəz hücumçuyam. Hansı yeri tutduğumu demək çətindir, amma indi onlarla bir siyahıdayam.
‘Sportinq’də etdiklərimi dünyanın istənilən liqasında təkrarlaya biləcəyimə əminəm. Siz Gyökeresin ən yaxşı versiyasını hələ izləməmisiniz”.
25 yaşlı futbolçu həmçinin əsas hədəfinin sadəcə qol vurmaq və qalib gəlmək olduğunu bildirib:
“Yalnız qol vurmağı və qalib gəlməyi düşünürəm. Bu, hər şeyi dəyişir”.
Gyökereş Premyer Liqaya qayıdış istəyi ilə də diqqət çəkib. O, daha əvvəl İngiltərədə “Brayton”un heyətində olsa da, əsas komandada bir dəqiqə belə oynaya bilməmişdi:
“Premyer Liqa? Orada bir neçə il keçirdim, amma bir dənə də olsun oyuna çıxa bilmədim. Buna görə də, əlbəttə, orada oynamaq istərdim. Bu, möhtəşəm bir qisas olardı”.
Qeyd: Gyökereş 2024/25 mövsümündə “Sportinq”də 52 oyunda 54 qol vuraraq Avropanın ən məhsuldar hücumçularından birinə çevrilib. Hazırda “Arsenal” onunla ciddi şəkildə maraqlanır və oyunçunun komandaya qoşulmaq istəyi klublar arasındakı danışıqları daha da aktuallaşdırıb. Amma "Sportinq"in tələbi ilə "Arsenal"ın vədi hələ ki, üst-üstə düşmür. Gyökereş isə qətidir, komandada qalmaq istəmir.
© Copyright 2026, All Rights Reserved