Gyökeres “Sportinq”ə qarşı çox kinlidir
“Sportinq”in hücumçusu Viktor Gyökeres “Arsenal”a transferinin gecikməsinə görə qəzəblidir.
90plus.az xəbər verir ki, keçən bazar günü “Arsenal” İsveçli futbolçunun keçidi üçün “Sportinq”lə 55 milyon funt-sterlinq əsas məbləğ və 8,5 milyon funt-sterlinq bonus olmaqla razılıq əldə edib. Lakin buna baxmayaraq, Gyökeres hələ də transferin son mərhələsini yekunlaşdırmaq üçün “yaşıl işıq”ı gözləyir.
Qeyd: "Arsenal” bu şənbə günü ABŞ-yə təlim-məşq toplanışına yola düşəcək.
Futbolçunun klubun bu prosesi ləng aparmasına görə olduqca narazı olduğu bildirilir. O, artıq Lissabondakı evini tərk edib və “Arsenal”la müqaviləni imzalamaq üçün səbirsizliklə icazə gözləyir.
Qeyd: İsveçli hücumçunun nümayəndələri bazar ertəsindən etibarən Londondadır və həm “Arsenal”, həm də “Sportinq” rəsmiləri ilə performansa bağlı bonus detalları üzərində müzakirələri davam etdirirlər.
© Copyright 2026, All Rights Reserved