Haaland milli formada adını dəyişdi
Erlinq Haaland Norveç millisinin formasında adını dəyişdi – yeni adı ilə çıxış edəcək!
90plus.az xəbər verir ki, Erlinq Haaland ölkəsinin qarşıdakı Dünya çempionatının seçmə oyunları öncəsi Norveç millisində formasında ad dəyişikliyi edib.
25 yaşlı hücumçu bundan sonra 9 nömrəli formasının üzərində tam adı ilə – “Braut Haaland” yazısı ilə meydana çıxacaq.
Norveç millisinin baş məşqçisi Stale Solbakken mövzu ilə bağlı deyib:
🗣️ “Bu, onun adıdır [Braut], artıq heç də çətin deyil. Mən də bunu indi öyrəndim”.
Haaland sosial şəbəkə hesablarında uzun müddətdir tam adı – Erling Braut Haaland ilə tanınır.
Xatırlatma: 2019-cu ildə U-20 Dünya çempionatında Norveç yığmasının heyətində 9 qol vurduqda da ona bu adla müraciət olunmuşdu.
Lakin futbolçu “Zalsburq”, “Borussiya Dortmund” və “Mançester Siti”də çıxış edərkən sadəcə “Haaland” adı ilə forma geyinib.
Norveç yığması növbəti oyununu sentyabrın 4-də Finlandiyaya qarşı yoldaşlıq görüşündə keçirəcək. Ardınca isə komanda sentyabrın 9-da Moldova ilə Dünya çempionatının seçmə mərhələsində qarşılaşacaq.
Hazırda Norveç millisi 4 oyundan maksimum 12 xal toplayaraq qrup lideridir və 2026 Dünya çempionatına vəsiqə yolunda əlverişli mövqedədir.
© Copyright 2026, All Rights Reserved