Hansi Flik: “Burada favorit yoxdur”
"Barselona"nın baş məşqçisi Hans Flik bu axşam baş tutacaq İspaniya Kubokunun finalından əvvəl danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis "El Klassiko"da favoritin olmadığını düşünür:
"Finalda oynayacağımıza görə həzz almalıyıq. Gənc komandamız var, onlar üçün qiymətsiz təcrübə olacaq. Final həmişə xüsusi matçdır, burada favorit yoxdur.
"İşimizin asan olmayacağını bilirik. "Real Madrid"ə qarşı bu mövsüm keçirdiyimiz oyunlar artıq keçmişdə qalıb. Bugünkü görüşü düşünməliyik. "Real Madrid"ə hörmət edirəm, onlar əla komandadır. Lakin biz kuboku qazanmaq istəyirik".
Qeyd: "Barselona - Real" oyuni bu gecəyarısı saat 00:00-da başlayacaq.
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved