"Şerif"in baş məşqçisinin revanş iddiası
"Şerif"in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" ilə keçiriləcək cavab oyunundan öncə açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi açıqlamasında bunları qeyd edib:
“Sabahkı oyunda çalışacağıq ki, ilk matçdakı məğlubiyyətin əvəzini çıxaq. Favorit sayılmaq üçün bunu meydanda sübüt etmək lazımdır.
İstərdik ki, “Zirə”dən güclü olduğumuzu sübut edək. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər bir baş məşqçi qələbə qazanmaq istəyir. Bizim komandada kifayət qədər moldovalı futbolçu var. Bura Avropa Liqasıdır və biz belə qərara gəldik ki, daha çox avropalı futbolçulardan yararlanaq. Hər iki komanda üçün “isti” olacaq. Əyyub Allaşla danışmışam, "Zirə” haqqında ondan müəyyən məlumatlar almışam".
© Copyright 2026, All Rights Reserved