İran klubu türk baş məşqçi ilə yolları ayırdı
90plus.az xəbər verir ki, türkiyəli təcrübəli məşqçi İsmayıl Kartal İranın aparıcı klublarından olan "Persepolis" ilə yollarını ayırdığını açıqlayıb.
İsmayıl Kartal bu barədə "Anadolu Agentliyi"nə verdiyi açıqlamada klubla qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.
Qeyd: 2024-cü ilin yanvar ayında "Persepolis"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda İran Premyer Liqasında 2024–2025 mövsümünü 60 xalla və top fərqinə görə 3-cü pillədə tamamlamışdı.
İsmayıl Kartalın ayrılmasından sonra "Persepolis" yenidən baş məşqçi axtarışına çıxıb. Klubun ilk olaraq daha əvvəl də danışıqlar apardığı türkiyəli mütəxəssis Abdullah Avcı ilə əlaqə saxladığı və onunla görüşmək üçün yaxın günlərdə İstanbulda olacağı bildirilir.
Qeyd: Bir müddət əvvəl də "Persepolis" Abdullah Avcıya klubun bazasını və şəraitini tanıtmaq məqsədilə İrana gəlməsi üçün dəvət göndərmişdi.
İsmayıl Kartal "Persepolis"in sükanı arxasında ümumilikdə 16 rəsmi oyuna çıxıb. Bu matçlarda onun komandası 8 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.
Təcrübəli mütəxəssis bu oyunlarda orta hesabla 1.75 xal göstəricisinə nail olub.
© Copyright 2026, All Rights Reserved