İranın atdığı raket sabiq "Fənər"linin binasına dəydi
90plus.az xəbər verir ki, İranın İsrailə qarşı həyata keçirdiyi hava hücumları zamanı Tel-Əvivdə bir neçə nöqtə raketlərlə vurulub. İsrail mənbələrinin məlumatına görə, hücum zamanı atılan raketlərdən biri hazırda "Hapoel Tel-Əviv" klubunu çalışdıran məşhur baş məşqçi Deimitris İtudisin yaşadığı binaya dəyib.
Məlumata əsasən, Deimitris İtudis hadisə zamanı doğma vətəni Yunanıstanda olub. Həmin binada yerləşən mənzillərdən biri zərər görsə də, məşqçinin evi binanın digər hissəsində yerləşdiyi üçün xəsarət almayıb.
"Hapoel Tel-Əviv" klubu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, İtudisin evi hücumdan zərər görməyib və ictimaiyyətə yalnız təsdiqlənmiş məlumatların yayılması tövsiyə olunub.
Yunanıstanlı mütəxəssis 2016 və 2019-cu illərdə "ÇSKA Moskva" ilə Avroliqanın qalibi olub. 2022–2023 mövsümündə isə "Fənərbağça"nın baş məşqçisi kimi fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved