İsko: “Uşaqlarım milliyə qayıtmağıma yox, Yamalla oynayacağıma seviniblər”
İsko: “Uşaqlarım mənim milliyə qayıtmağımdan çox Yamal ilə oynayacağımı eşidəndə seviniblər”.
90plus.az xəbər verir ki, “Real Betis”in yarımmüdafiəçisi İsko 6 ildən sonra İspaniya milli komandasına dəvət alıb. 33 yaşlı futbolçu bu xəbəri alarkən ailəsinin reaksiyasını bölüşüb.
“Uşaqlarım mənim yığmaya dönməyimdən çox, Lamin Yamalla oynayacağımı eşidəndə daha çox seviniblər,” – deyə İsko zarafatla bildirib.
İsko sonuncu dəfə 2019-cu ildə İspaniya millisinin heyətində çıxış edib – bu, onun övladlarının dünyaya gəlməsindən öncə olub. Həmin vaxt isə Yamal hələ “Barselona”nın U-12 komandasında çıxış edirdi.
İspaniya millisi 2025-ci il UEFA Millətlər Liqasının yarımfinalında iyunun 5-də Fransa ilə qarşılaşacaq. Qalib gələn komanda 8 iyun tarixində baş tutacaq finalda Almaniya və ya Portuqaliya ilə qarşılaşacaq.
İskonun təcrübəsi və formasındakı yüksəliş, xüsusilə də “Betis”də parlaq çıxışı onun milliyə dönüşünü mümkün edib. O, bu mövsüm La Liqada həm liderlik, həm də oyun keyfiyyəti baxımından fərqlənmişdi.
© Copyright 2026, All Rights Reserved