İspaniya millisinə "Real"dan heç kim çağırılmadı
Bu gün İspaniya yığmasının UEFA Millətlər Liqasındakı həlledici qarşılaşmalar üçün heyəti elan olunub.
90plus.az xəbər verir ki, baş məşqçi Luis de la Fuente 15 müxtəlif klubdan ümumilikdə 26 futbolçuya dəvət göndərib. Diqqətçəkən məqam isə odur ki, heyətdə Madrid "Real"ından heç bir oyunçu yer almayıb.
Əvəzində Kataloniyanın "Barselona" klubundan 6 futbolçu milliyə çağırılıb.
Bu oyunçular Lamin Yamal, Qavi, Dani Olmo, Pedri, Fermin Lopes və Pau Kubarsidir.
Yarımfinal mərhələsində İspaniya komandası Fransa ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 5-də baş tutacaq. Bu oyunun qalibi isə 8 iyun tarixində Almaniya və ya Portuqaliya ilə finalda görüşəcək.
© Copyright 2026, All Rights Reserved