İsrail millisi İtaliyada snayperlə qorunur
İsrail milli komandası İtaliyanın Udine şəhərində baş tutacaq oyun öncəsi ciddi təhlükəsizlik tədbirləri altında saxlanılır. Komandanın qaldığı otelin damında snayperlərin yerləşdirildiyi bildirilir.
90plus.az xəbər verir ki, hakimiyyət orqanları Qəzzada atəşkəsin davam etməsinə baxmayaraq, Fələstin tərəfdarı nümayişçilərin böyük yürüş planlaşdırdığına görə, ölkənin şimalındakı bu şəhərdə maksimum səviyyədə təhlükəsizlik rejimi tətbiq edib.
Şəhərdə mağazalar və restoranlar vaxtından əvvəl bağlanır, İsrail millisinin avtobusu isə hərbi müşayiət altında “Bluenergy” stadionuna aparılacaq.
Snayperlər stadionun damında da yerləşdiriləcək, bununla yanaşı, asayişin pozulmasının qarşısını almaq üçün çoxsaylı polis və hərbi qüvvə cəlb ediləcək.
İtaliya Futbol Federasiyasının (FIGC) məlumatına görə, 25 min tamaşaçı tutumuna malik arenaya cəmi 8 min bilet satılıb. Təxminən 10 min etirazçının isə stadionun xaricində toplanacağı gözlənilir.
Rəsmilər bildiriblər ki, qarşılaşma planlaşdırıldığı kimi keçiriləcək, lakin görünməmiş təhlükəsizlik tədbirləri görüləcək.
Qattuzo İsraillə oyun barədə: “Kənarda etirazçılar olacaq, amma stadionun içində bizi irəli aparacaq 10 mindən çox azarkeş olacaq.”
© Copyright 2026, All Rights Reserved