İsveç - Azərbaycan oyununda hakim səhvi: İsak dəli oldu
UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.
90plus.az xəbər verir ki, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.
UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.
Qeyd: Oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı.
© Copyright 2026, All Rights Reserved