İsveç Bakıya bu heyətlə gəlir
İsveçin Azərbaycanla oynayacağı matç üçün geniş heyəti bəlli olub.
90plus.az xəbər verir ki, İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti məlum olub.
Skandinaviyalıların baş məşqçisi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
Qeyd: Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved