İtaliyadan sonra bu ölkədə də matçlar təxirə salındı
Argentina çempionatının 14-cü turunda keçirilməsi planlaşdırılan üç qarşılaşma Roma Papası Fransiskin vəfatı səbəbindən başqa tarixə təxirə salınıb.
90plus.az xəbər verir ki, bu haqda turnirin təşkilatçılarının mətbuat xidməti açıqlama yayıb.
Təxirə salınan oyunlar aşağıdakılardır: “Tiqre” – “Belqrano”, “Argentinos Xuniors” – “Barrakas Sentral” və “İndependent Rivadavia” – “Aldosivi”.
Bu görüşlərin 22 aprel tarixində keçirilməsi nəzərdə tutulurdu. Lakin onların yeni vaxtı hələ ki, müəyyən olunmayıb.
Qeyd: İtaliyanın A Seriyasında da bu gün baş tutmalı olan 4 oyun Roma Papasının vəfatı səbəbindən ertələnib.
© Copyright 2026, All Rights Reserved