Joao Feliks doğma yuvasına qayıdır
Joao Feliks karyerasında yeni bir dönüş nöqtəsinə yaxınlaşıb. Portuqaliyalı hücumçunun sabiq klubu "Benfika"ya qayıtmaq üzrə olduğu bildirilir.
90plus.az xəbər verir ki, son mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirən Feliks üçün "Benfika" "Çelsi" klubuna 18.5 milyon avro təklif edib. Razılaşma çərçivəsində portuqaliyalılar eyni zamanda növbəti satışdan 50 faizlik pay verməyə də hazırdır.
Mənbələrə görə Joao Feliks özü də "Çelsi"dən ayrılmaq niyyətindədir və "Benfika"ya keçid üçün maaşında endirim etməyə razılıq verib.
Qeyd: Feliks 2019-cu ildə "Benfika"dan "Atletiko Madrid"ə 120 milyon avroya transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved