Jud Bellingem bu mövsüm meydana çıxmaya bilər
“Real Madrid”dən zədəli Bellinqem qərarı – tələsməyəcəklər.
90plus.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem bu mövsüm yenidən meydana qayıda bilər. Lakin onun dönüşünün 2026-cı ilin aprel/may aylarından tez baş tutması gözlənilmir.
22 yaşlı futbolçu “Rayo Valyekano”ya qarşı 1 fevraldakı matçda (2:1) bud arxa əzələsindən zədələnmişdi. İlkin proqnozlara görə Bellinqemin təxminən dörd həftə kənarda qalacağı bildirilirdi. Ancaq son məlumatlara əsasən, zədə gözləniləndən daha ciddi ola bilər və bərpa müddəti altı-səkkiz həftəyə qədər uzanacaq.
“Real Madrid” tibbi heyəti risk etmək istəmir və futbolçunun yalnız 100 faiz hazır vəziyyətə çatdıqdan sonra meydana buraxılmasını planlaşdırır.
Bu vəziyyət Bellinqemin mart ayında İngiltərə millisinin keçirəcəyi yoldaşlıq oyunlarında iştirakını sual altına salıb. Komanda “Uembli”də Uruqvay və Yaponiya ilə qarşılaşacaq. İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Millətlər Liqasının püşkatması zamanı futbolçunun durumu barədə danışarkən optimist olduğunu, lakin vəziyyətin zamanla yarış olduğunu bildirib.
Bellinqemin mümkün yoxluğu Tuxel üçün ciddi itki sayıla bilər. 46 oyunda İngiltərə millisinin formasını geyinmiş yarımmüdafiəçi yayda keçiriləcək dünya çempionatı ərəfəsində komandanın əsas fiqurlarından biri hesab olunur.
Hazırda “Real Madrid” əsas məqsəd kimi futbolçunun tam sağalmasını görür və riskə getmədən onun uzunmüddətli formasını qorumağa çalışır.
© Copyright 2026, All Rights Reserved