Kafu dünya kuboku haqda: “Futbolçular tükənib”
Kafu Klublararası Dünya Çempionatı haqqında: “Futbolçular artıq tükənib, zədə riski çox yüksəkdir”.
90plus.az xəbər verir ki, Braziliya millisinin sabiq müdafiəçisi Kafu hesab edir ki, Klublararası Dünya Çempionatı zədələrin sayının artmasına səbəb olacaq.
“Futbolçular yorulub, tükənib, amma heç kim uduzmağı sevmir. Ona görə də gözəl oyunlar gözləyirəm.
Əgər finala və ya yarımfinala yüksəlsən, bilməlisən ki, turnirdən qayıdan kimi növbəti mövsümə hazırlaşmaq vaxtıdır. Bir ildən sonra ABŞ-da dünya çempionatı keçiriləcək. Bu səbəbdən zədə riski çox yüksəkdir.
Düşünürəm ki, bir neçə aya bu məsələ üzərində ciddi düşünməli olacağıq”, – deyə Kafu bildirib.
Qeyd: 2025 Klublararası Dünya çempionatı 14 iyun - 13 iyul aralığında keçirilir.
© Copyright 2026, All Rights Reserved