Kerem Aktürkoğlu "Benfika"da bir hissəyə 3 qol vurdu
"Benfika"nın türkiyəli futbolçusu Kerem Aktürkoğlu "Rio Ave"ni birinci hissədə 3 dəfə cəzalandırdı.
90plus.az xəbər verir ki, Portuqaliya çempionatının 9-cu turunda "Benfika" öz meydanında "Rio Ave"ni qəbul edir. Ev sahibləri 1-ci hissəni 3-0 öndə bitiriblər. 3 qolun hamısını Kerem Aktürkoğlu vurub.
O, görüşün 12, 16 və 45+2-ci dəqiqələrində fərqlənib. Qollardan 2-sinin assisti Di Mariyadan gəlib.
© Copyright 2026, All Rights Reserved