Kerem Aktürkoğlu - qol: "Benfika" - “Sportinq” final matçı olacaq
Portuqaliya Liqasının 33-cü turunda çempionluq uğrunda mübarizə aparan "Benfika" və "Sportinq" komandaları üz-üzə gəldi.
90plus.az xəbər verir ki, "Estadio da Luş" stadionunda keçirilən görüş erkən qolla başladı. "Sportinq" 4-cü dəqiqədə Trinkao ilə hesabı açdı. "Benfika" isə ikinci hissədə – 66-cı dəqiqədə Kerem Aktürkoğlunun vurduğu qolla bərabərliyi təmin etdi. Qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
Bu nəticədən sonra həm "Benfika", həm də "Sportinq" xallarını 79-a yüksəltdi.
Hər iki komanda eyni xal toplayıb, lakin "Sportinq" ilk oyunda "Benfika"nı məğlub etdiyi üçün ikitərəfli görüşlərdə üstünlüyə malikdir. "Benfika" bu oyunu 2 fərqlə qələbə ilə başa vursaydı, çempionluğunu rəsmi şəkildə elan edəcəkdi. Lakin 1:1-lik nəticə səbəbindən çempionluq taleyi son tura qaldı.
Son turda "Sportinq" doğma meydanda "Gimaraynş"la qarşılaşacaq, "Benfika" isə səfərdə "Braqa"nın qonağı olacaq. "Benfika"nın çempion ola bilməsi üçün rəqibi "Sportinq"in xal itirməsi vacibdir.
Qeyd: Benfika" və "Sporting" Portuqaliya liqasında mövsümün final gününə xal baxımından bərabər gedirlər - sonuncu matç kino kimi olacaq - 25 May Saat 20:15!
© Copyright 2026, All Rights Reserved