Koke: “Bu tamam başqa səviyyədir"
“Atletiko Madrid”in kapitanı və yarımmüdafiəçisi Koke ABŞ-da keçirilən FIFA Klublararası Dünya Çempionatında PSJ-yə qarşı keçirəcəkləri qrup mərhələsinin ilk oyunu öncəsi fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 33 yaşlı təcrübəli futbolçu İspaniyanın AS nəşrinə bunları deyib:
“Bu turnir mövsüm ərzində iştirak etdiyimiz yarışlardan tamamilə fərqlidir. Mən millidə Avropa və dünya çempionatlarında oynamışam. Bu isə tamam başqa səviyyədir".
Baş məşqçi Dieqo Simeonenin Klublararası Dünya Çempionatını qazanmaq hədəfinə toxunan futbolçu əlavə edib:
“Bəli, bizim də məqsədimiz budur. Əks halda, evdə qalardıq. Bu, çox çətin turnirdir və burada həqiqətən güclü komandalar iştirak edir. Amma bizim məqsədimiz qalib gəlməkdir.
İlk növbədə, uğurlu debüt etmək və qrupdan çıxmaq istəyirik. Bilirik ki, bu cür turnirlərdə xırda detallarla nəticələr dəyişir. Bunu unutmamalıyıq,” – deyə Koke vurğulayıb.
Qeyd: PSJ – “Atletiko” qarşılaşması bu gün, 15 iyun tarixində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved