Kriştiano Ronaldo: "Gedişim anidən olacaq"
Portuqaliya millisinin 39 yaşlı hücumçusu və kapitanı Kriştiano Ronaldo millidəki karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
90plus.az xəbər verir ki, Ronaldo “Milli komandadan getmək qərarına gələndə bunu kortəbii, lakin bilərəkdən edəcəm. İlkin açıqlamalar olmayacaq”, - deyə bildirib.
Hücumçu 2003-cü ildə Portuqaliya millisində debüt edib. Bu müddət ərzində o, bütün turnirlərdə 215 matçda iştirak edib, bu matçlarda 135 qol vurub, 45 məhsuldar ötürmə edib. Bu görüşlərdə Ronaldo 32 sarı vərəqə alıb. 2016-cı ildə futbolçu Portuqaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.
© Copyright 2026, All Rights Reserved